Reklam meneceri işi axtarıram

Şəhər

Bakı

Fəaliyyət sahəsi

Marketinq, reklam, PR

İş qrafiki

Sərbəst

İş təcrübəsi

1 ildən 3 ilə qədər

Təhsil

Ali

Distant iş?

Bəli

Instagram və Facebook üzərindən bizneslər üçün satışa yönəlik reklam kampaniyalarının qurulması ilə məşğulam. Xidmətə daxildir: – Reklam kampaniyasının qurulması – Auditoriyanın düzgün seçilməsi – Reklam büdcəsinin effektiv bölüşdürülməsi – WhatsApp, zənglər və ya mesajlar üçün reklamların hazırlanması – Test mərhələsi və ilkin nəticələrin analizi ❗ Diqqət: – Səhifə idarəçiliyi və müştərilərə cavab yazılması daxil deyil – Gündəlik kontent hazırlanması daxil deyil – Yalnız reklam kampaniyasının qurulması və ilkin optimizasiya İş formatı: – Layihə əsasında və ya qısa müddətli əməkdaşlıq – Aşağı büdcə ilə test reklamları mümkündür Xidmət 2 mərhələdən ibarətdir: 1. İlkin reklam qurulması – 30 AZN (bir dəfəlik) 2. Həftəlik optimizasiya və nəzarət – 40 AZN (1 həftə) Həftəlik xidmətə daxildir: – Reklamın yoxlanılması – Kiçik optimizasiya dəyişiklikləri – Sadə analiz və tövsiyələr ❗ Gündəlik aktiv idarəetmə və müştəri cavablandırma daxil deyil Hər həftə ayrıca razılaşdırılır və əvvəlcədən ödənilir. ❗ Nəticə məhsul, qiymət, bazar rəqabəti və reklam büdcəsindən asılıdır. Reklam tərəfi optimizasiya olunur, satışa tam zəmanət verilmir. İş prosesi haqqında: Reklam kampaniyaları Meta Ads Manager (Facebook Ads Manager) üzərindən qurulur. Mən sizin Facebook və ya Instagram hesabınıza şifrə ilə daxil olmuram. İş üçün Meta Business Suite / Ads Manager üzərindən reklam hesabına və səhifəyə rəsmi giriş verilməlidir. Lazım olan giriş: – Facebook səhifəsinə giriş – Reklam hesabına giriş – Reklam yaratmaq və idarə etmək icazəsi Instagram səhifəsi Facebook səhifəsinə bağlı olmalıdır. Reklamlar Facebook Ads Manager üzərindən həm Instagram, həm də Facebook üçün qurulur. – Xidmət yalnız uzaqdan (remote) şəkildə göstərilir – Ofisdə işləmək və ya fiziki iştirak nəzərdə tutulmur Zəhmət olmasa, müraciət etməzdən əvvəl elanı diqqətlə oxuyun. Xidmətə daxil olmayan işlər sonradan əlavə tələb kimi qəbul edilmir və ayrıca razılaşdırılır.

47483649

Baxış sayı: 3

30