1 / 3



Şəhər
Bakı
Fəaliyyət sahəsi
Satışİxtisas
DigərŞirkət növü
Birbaşa işəgötürənİş qrafiki
Tamİş təcrübəsi
5 ildən artıqTəhsil
Aliİş yerinin ünvanı
28 May küçəsi 14
Telefon və elektronika aksesuarları mağazasına təcrübəli idarəçi / mağaza müdiri tələb olunur. Yalnız idarəçilik təcrübəsi olan, komanda idarə edə bilən, iş proseslərinə nəzarət etməyi bacaran və müstəqil qərar verə bilən namizədlər müraciət etsin. Təcrübəsiz, yalnız satıcı kimi işləmək istəyən və idarəçilik bacarığı olmayan şəxslərin müraciət etməməsi xahiş olunur. Əsas vəzifələr: – Mağazanın gündəlik iş proseslərinə tam nəzarət etmək – İşçilərə tapşırıq vermək və icrasını izləmək – Kassa, satış, anbar, sifariş, servis və müştəri xidmətləri proseslərini nəzarətdə saxlamaq – Borc və alacaqların vaxtında izlənməsinə nəzarət etmək – Problem yarandıqda rəhbərlik demədən həll yolu tapmaq və icra etmək – Komandada nizam-intizam yaratmaq – Satışın artması üçün təkliflər vermək – İşçilərin məsuliyyətini və gündəlik nəticəsini izləmək – Rəhbərliyə görülən işlərlə bağlı hesabat vermək Tələblər: – Mağaza idarəçiliyi və ya oxşar sahədə real iş təcrübəsi olmalıdır – Elektronika və telefon aksesuarları sahəsini bilən namizədlərə üstünlük verilir – Komanda idarə etmə bacarığı vacibdir – Müstəqil və düzgün qərar vermə bacarığı olmalıdır – Məsuliyyətli, ciddi, operativ və nəticəyönümlü olmalıdır – Problem görəndə sadəcə bildirməməli, həll təklifi də verməlidir – Satış, kassa, anbar və müştəri xidməti proseslərini başa düşməlidir – Verilən tapşırıqları vaxtında icra etməli və başqalarının icrasına da nəzarət etməlidir İş qrafiki: 10:00 – 20:00 İstirahət: ayda 3dəfə Maaş: 750 AZN+ Təcrübədən asılı olaraq artandır Ünvan: 28 May küçəsi 14, 28 May metrosunun yanı Müraciət zamanı CV göndərmək mütləqdir. CV göndərməyən müraciətlərə baxılmayacaq.
№ 47499145
Baxış sayı: 1
1 200 ₼
Məhəmməd
İstifadəçinin bütün elanları