Fullstack-proqramçı-Web developer tələb olunur

Şəhər

Bakı

İş qrafiki

Tam

İş təcrübəsi

3 ildən 5 ilə qədər

Təhsil

Ali

İş yerinin ünvanı

28 may küç. 14

Elektronika və telefon aksesuarları sahəsində fəaliyyət göstərən şirkətə Fullstack-proqramçı / Web developer tələb olunur. Bizə yalnız hazır tapşırığı icra edən yox, verilən ideyanı anlayıb onu işlək sistemə çevirə bilən, sayt və proqram təminatı üzrə praktiki bacarığı olan proqramçı lazımdır. Əsas vəzifələr: – Mövcud saytda dəyişikliklər etmək – Saytın dizayn və funksional tərəfini inkişaf etdirmək – Frontend və backend üzrə işləmək – Şirkət daxili istifadə üçün proqramlar hazırlamaq – ERP, stok, satış, sifariş, kassa, müştəri və hesabat sistemləri üzrə modullar hazırlamaq – Lazım olduqda yeni panel, kabinet, forma və idarəetmə səhifələri yaratmaq – Sayt və sistemlərdə yaranan texniki problemləri operativ həll etmək – Verilən ideyanı texniki tapşırığa çevirib proqramlaşdırmaq – AI alətlərindən istifadə edərək işi daha sürətli və effektiv görmək – Hazırlanan proqramların testini aparmaq və işlək vəziyyətə gətirmək Tələblər: – Frontend və backend üzrə real iş bacarığı olmalıdır – Sayt yığma, sayt düzəlişi və web proqramlaşdırma təcrübəsi vacibdir – ERP, CRM, stok, satış və idarəetmə sistemləri ilə işləmək bacarığı üstünlükdür – Claude AI, ChatGPT və digər AI alətlərindən istifadə etməyi bacarması üstünlükdür – Verilən tapşırığı başa düşüb müstəqil həll yolu təklif etməlidir – Sürətli işləmə, araşdırma və problemi həll etmə bacarığı olmalıdır – Hazır kodları analiz edib düzəliş edə bilməlidir – Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmalıdır – Yalnız nəzəri bilik yox, praktik iş görmə bacarığı vacibdir İş şəraiti: İş qrafiki: razılaşma əsasında Maaş: namizədin bacarığına və təcrübəsinə görə razılaşma yolu ilə İş forması: ofis / hibrid / layihə əsaslı müzakirə oluna bilər Ünvan: 28 May küçəsi, 28 May metrosunun yaxınlığı Müraciət zamanı CV və gördüyünüz işlərdən nümunə göndərmək mütləqdir. Qeyd: Yalnız real proqramlaşdırma bacarığı olan, sayt və proqram təminatı üzrə praktik iş görə bilən namizədlərin müraciət etməsi xahiş olunur.

47503110

Baxış sayı: 1

1 200